ABŞ vətəndaşını öldürən iranlıya AĞIR CƏZA
    • 1-09-2023, 11:32
    • 172

ABŞ vətəndaşını öldürən iranlıya AĞIR CƏZA

ABŞ vətəndaşını öldürən şəxslərin məhkəməsi yekunlaşıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirib ki, ABŞ vətəndaşını öldürməkdə şübhəli bilinən şəxslər ömürlük həbs edilib. 

Belə ki, yaraqlılar qrupunun bir iranlı və dörd iraqlı üzvü Amerika vətəndaşı Stiven Troelli öldürmək cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilib. 

Qeyd edək ki, həmin beş nəfər 45 yaşlı amerikalı müəllimi Bağdad şəhərində qaçırmağa çalışarkən onu güllələyək öldürüblər. 

Xatırladaq ki, qətl hadisəsinə görə məsuliyyəti "Saraya Əshabi-Kəhf" terror qruplaşması öz üzərinə götürüb və bunun SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin qisası olduğunu açıqlayıb.

Aynurə