Qazaxıstanın daxili işlər naziri işdən çıxarıldı
    • 2-09-2023, 10:39
    • 212

Qazaxıstanın daxili işlər naziri işdən çıxarıldı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Marat Axmetjanovu Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən azad edib. 

News24.az xəbər verir ki, bu barədə sentyabrın 2-də ölkə rəhbərinin rəsmi saytında məlumat verilib.

Dövlət başçısının sərəncamı ilə Axmetjanov Marat Muratoviç Qazaxıstan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. 

Digər sərəncam ilə Yerjan Sadenov yeni daxili işlər naziri təyin edilib.

Aynurə