Mingəçevirdə qəza olub, ölən və yaralanan var
    • 2-09-2023, 12:59
    • 144

Mingəçevirdə qəza olub, ölən və yaralanan var

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan 90-ES-662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77-XL-145 dövlət qeydiyyatı nişanlı HYUNDAİ markalı avtomobillə toqquşub.

VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatı araşdırılır.