1800 dəniz məməlisi ÖLDÜRÜLƏCƏK
    • 2-09-2023, 16:21
    • 107

1800 dəniz məməlisi ÖLDÜRÜLƏCƏK

Yaponiyada hər il etirazlara səbəb olan ənənəvi “delfin ovu” mövsümü başlayıb. 

News24.az xarici mediaya istinadən xəbər verir ki, delfinlərlə yanaşı balinaları da ovlayacaq balıqçıların mövsümün sonuna qədər 9 növdən 1800-ə yaxın dəniz məməlisini öldürməsi gözlənilir.

Bəzi heyvan hüquqları müdafiəçilərinin etirazlarına baxmayaraq, 11 balıqçı qayığı yerli vaxtla saat 05:00 radələrində sahildən təxminən 10 kilometr aralıda hərəkətə keçib. 

Balıqçılıq Kooperativindən alınan məlumata görə, balıqçılar mövsümün ilk günü limana əliboş qayıdıblar. Vakayama əyaləti delfin ov mövsümünün fevralın sonuna qədər, balina ovu mövsümünün isə aprelin sonuna qədər davam edəcəyini bəyan edib.

Balıqçıların qanuni icazələr çərçivəsində mövsüm ərzində 9 müxtəlif növdən təxminən 1800 delfin və balinanı tutması və ya öldürməsi gözlənilir.

Günəş Mərd