Yüzlərlə insan bir-birinə od topları atdı - FOTO
    • 2-09-2023, 16:51
    • 122

Yüzlərlə insan bir-birinə od topları atdı - FOTO

El Salvadorun paytaxtı San Salvador yaxınlığındakı Nejapa qəsəbəsində 101 ildir ənənəvi olaraq qeyd olunan 'La Recuerda' festivalı üçün hər il bir araya gələn insanlar yandırdıqları od toplarını bir-birinə ataraq əyləniblər.

News24.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəli oyunu izləmək üçün festivala yüzlərlə insan qatılıb.

Festival iştirakçılar yanıqlara qarşı ehtiyat tədbiri olaraq yaş əlcək və paltar geyiniblər.

Qeyd edək ki, el Salvadorda hər il 1922-ci ildə baş verən böyük vulkan püskürməsinin xatirəsi anılaraq yanğın festivalı keçirilir.

Günəş Mərd