Ümid edirik ki, bu məsələdə razılıq olacaq - Ərdoğan
    • 4-09-2023, 15:44
    • 94

Ümid edirik ki, bu məsələdə razılıq olacaq - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskvanın Sinopda ikinci atom elektrik stansiyasının tikintisi planları çərçivəsində addımlar ata biləcəyini gözləyir. 

News24.az xəbər verir ki, o, bu barədə Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı bildirib.

“Əvvəlcə dediyimiz kimi, düşünürəm ki, Sinopdakı atom elektrik stansiyası kontekstində addımların atılmasından danışacağıq”, - Türkiyə lideri bildirib.

O qeyd edib ki, “Hazırda “Akkuyu” AES-in tikintisi üzrə işlər uğurla davam edir. “Əvvəlcə qeyd etdiyiniz kimi, 25 minə yaxın iş yerinin yaradılması vacibdir. Birinci enerji blokunda işlər çox yaxşı gedir”, - Ərdoğan əlavə edib.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir. Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1200 MVt olacaq.

Akqabay