İran öz agentlərini beynəlxalq yarışlara GÖNDƏRİB
    • 5-09-2023, 10:18
    • 210

İran öz agentlərini beynəlxalq yarışlara GÖNDƏRİB

İran illərdir öz agentlərini hakim cildində beynəlxalq yarışlara göndərib.

News24.az xəbər verir ki, belə bir iddia ilə “Iran Wire” internet səhifəsi xüsusi hesabatında  qeyd edib. Hesabatda bildirilib ki, İranın illərdir öz agentlərini beynəlxalq hakim adı altında ölkədən xaricdə boks yarışlarına göndərdiyini və onların hakim cildində oira getdikləri qeyd olunub.

Hakim cildində göndərilənlərin biri Ərak şəhər prokurorunun müavini və İranın Silahlı Qüvvələr Ortaq Qərargahı Təhlükəsizlik Şöbəsinin mühafizəçisi olub.

Onlar ötən illər ərzində Asiya, Avropa və Amerikada beynəlxalq boks və digər yarışlara “beynəlxalq hakim” kimi göndəriliblər.

Veb-saytın sentyabrın 4-də nəşr etdiyi hesabatına əsasən, prokuror müavini Əbülfəzl Amiri Şəhrabi və Təhlükəsizlik Şöbəsinin üzvü Məcid Abbaszadə həmin metodla ölkədən kənara göndəriliblər.

Aynurə