Zəvvarları daşıyan avtobus qəzaya uğradı
    • 5-09-2023, 12:42
    • 104

Zəvvarları daşıyan avtobus qəzaya uğradı

İraqın Bəsrə bölgəsində Kərbəlaya ziyarətə gedən İran zəvvarlarını daşıyan avtobus qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə  İranın Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Əməliyyatların İdarəetmə və Koordinasiyası Mərkəzinin direktoru Hüseyn Derəxşən məlumat verib. 

2 avtomobil və bir yük maşını İran zəvvarlarını aparan avtobusla toqquşub. Qəza nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralılar İranın İraqla sərhədində yerləşən Şalamçe şəhərində hospitala yerləşdiriliblər.

Qumral