Banka hücum edən şəxsin məhkəməsi - Hakim sərt qərar verdi
    • 5-09-2023, 16:20
    • 144

Banka hücum edən şəxsin məhkəməsi - Hakim sərt qərar verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Bank Respublika"ya basqında təqsirləndirilən İmran Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İmran Əhədov özünü anlaqsız vəziyyət göstərib. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin çağırışlarına heç bir reaksiya verməyib, səssiz dayanıb.

Prosesdə ifadə verən təqsirləndirilən şəxsin atası Bəxtiyar Əhədov bildirib ki, oğlu İmran Əhmədov hadisənin törətmədən bir müddət əvvəl şok vəziyyətinə düşüb: "Oğlum əvvəllər normal vəziyyətdə və anlaqlı olub. Böyük oğlum intihar edəndən bir müddət sonra İmrsnda anlaqsızlıq yarandı. Hadisəni də anlaqsız vəziyyətdə törədib. İmranın qayınatası, qayınanası və qaynını da bir neçə il əvvəl şəxsi ədavətə görə güllələyib qətlə yetiriblər. Mənim oğlum əgər anlaqsız olsaydı günorta saatlarında banka hücum etməzdi". 

Hakim bildirib ki, İmran Əhədov səhhəti ilə bağlı ekspertizaya göndərilib və ekspertiza onun anlaqlı vəziyyətdə olduğunu bildirib. Ekspertizaya görə, İ. Əhmədov özünü anlaqsız vəziyyətdə göstərir. 

Prosesdə bir müddət fasilə yaransa da, İ. Əhmədov yenə də davranışını düzəltməyib. 

Hakim bildirib ki, təqsirləndirilən şəxslə kontakt qurmaq mümkün deyil. Hakim onun səhhəti ilə bağlı təkrar psixoloji ekspertizaya keçirilməsini təklif edib. 

Daha sonra məhkəmənin qərarı ilə İmran Əhədovun yenidən psixiatrik ekspertizaya göndərilib. Qərara görə, İ. Əhədovun anlaqsız olması barədə rəy verən 1 saylı Psixiatriya Xəstəxanasının həkim komissiyası barədə tədbir görülməai barədə Səhiyyə Nazirliyinə təqdimat göndərilib. 

Qeyd edək ki, İmran Əhədov bu il yanvarın 19-da günorta saatlarında “Bank Respublika” ASC-nin Yasamal rayon filialının inzibati binasına daxil olaraq orada mühafizəçi işləyən - Yasamal Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə Xidmətinin mühafizəçisi Ceyhun Hüseynova yaxınlaşıb. Daha sonra o, bankda olan kassanın yerini soruşub. Həmin zaman C.Hüseynov qeyd olunan şəxsin hərəkətlərindən şübhələnərək onu saxlamağa çalışıb. İ.Əhədov isə əlində olan çantanın içərisindən dəmir parçası çıxarıb mühafizəçinin baş nahiyəsindən vurmaq istəyib.

C.Hüseynov zərbənin qarşısını alaraq orada olan digər bank işçiləri ilə birlikdə İ.Əhədovu saxlayıb və onu Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarına təhvil veriblər.

İ.Əhədova məxsus çantanın içərisinə baxış keçirilən zaman tapança tipli predmet, dəmir parçaları, daş çəkici, bıçaq və maska aşkar olunaraq götürülüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb

Samir Əli