Qarşıdurma böyüyür: 33 kənd azad edildi
    • 6-09-2023, 14:44
    • 91

Qarşıdurma böyüyür: 33 kənd azad edildi

PKK terror təşkilatının Suriya Deyr əz-Zor vilayəti Hərbi Şurasının rəhbəri Əhməd əl-Habili saxlamasından sonra başlayan qarşıdurma digər tayfaların qatılması ilə daha da  böyüyüb.

News24.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, ərəb tayfalarının silahlı mübarizəyə başlamasından sonra PKK/YPG terrorçuları nəzarət etdikləri bölgələrdən çıxmağa başlayıblar.

Ərəb tayfaları Deyr əz-Zor, Raqqa, Hasəkə və Mənbicdə 33 kəndi terror qruplaşmasından azad edib. 

Hazırda Diban qəsəbəsində şiddətli qarşıdurmanın davam etdiyi deyilir.

YPG-nin tərkibindəki “Suriya Demokratik Qüvvələri” (SDQ) Suriyanın neft və təbii qaz hasilatının 80 faizinə nəzarət edir. Neft satışından əldə olunan gəlir YPG-yə çatsa da, bunun maliyyə hesabatı yoxdur.

Bildirilir ki,  SDQ Suriyanın şimal-şərqində, ölkənin ən zəngin neft yataqlarının yerləşdiyi Deyr əz-Zor, Hasəkə və Raqqada üstünlüyünü qoruyur. Həmçinin oradakı 20 neft quyusundan 11-nə nəzarət edir. Burada istehsal gücünün Əsəd rejiminin nəzarətində olan sahələrdən daha çoxdur.

 

Ayşən