Rusiya Konstantinovkanı vurdu: 16 ölü, 30-dan çox yaralı
    • 6-09-2023, 17:46
    • 180

Rusiya Konstantinovkanı vurdu: 16 ölü, 30-dan çox yaralı

Rusiyanın Donetsk vilayətinin Konstantinovka şəhərinə raket hücumu nəticəsində azı 16 nəfər ölüb, 31 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Donetsk vilayətinin Konstantinovka şəhərində rusiyalı terrorçuların artilleriyası 16 nəfərin ölümünə səbəb olub. Adi bazar. Mağazalar. Aptek. Günahsız insanlar. Çoxlu yaralananlar var. Təəssüf ki, ölən və yaralananların sayı hələ də arta bilər”, - Zelenski qeyd edib.

Prezident yaxınlarını itirən hər kəsə başsağlığı verib. 

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölən 16 nəfər arasında bir uşaq da var. Ən azı 20 nəfər də yaralanıb. O qeyd edib ki, mərmidən sonra yanğın artıq lokallaşdırılıb.

Akqabay