İranlı zəvvarların çantalarında insan skeletləri AŞKARLANDI
    • 7-09-2023, 11:32
    • 914

İranlı zəvvarların çantalarında insan skeletləri AŞKARLANDI

Özləri ilə kişi və qadın skeletləri daşıyan iki iranlı Ərbəin zəvvarı polis qüvvələri tərəfindən müəyyən edilib.

News24.az xəbər verir ki, bu barədə “Hamshahri Online” qəzeti məlumat verib.

Məlumata görə, skeletlər 28 və 6 il öncə ölən insanlara məxsusdur. 

Saxlanılan iranlılar skeletlərin valideynlərinə məxsus olduğunu deyib. Onların sözlərinə görə, ata və anası İraqda dəfn olunmaları barədə övladlarına vəsiyyət etdikləri üçün onların skeletlərini özləri ilə aparırdılar.

Aynurə