Zelenskinin erməniyə uzanan ƏLİ
    • 7-09-2023, 16:20
    • 376

Zelenskinin erməniyə uzanan ƏLİ

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Birinci Xanımlar və Cənablar sammitində iştirak etmək üçün Kiyevə səfər edib. Məlumata görə, sammitin mövzusu psixi sağlamlıq məsələləri olacaq. Akopyanın səfər zamanı özü ilə Ukraynaya humanitar yardım da apardığı bildirilib.

Maraqlıdır, təcavüzə məruz qalan və separatizmlə mübarizə aparan bir dövlətin başçısı, başqa bir təcavüzkar, qonşu dövlətin tarixi torpaqlarına açıq formada ərazi iddiaları irəli sürən bir ölkənin birinci xanımını qəbul edir?

Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Aqil Abbas bildirib ki, Ermənistanı da Ukraynanın taleyi gözləyir.

“Ermənistanı NATO-ya üzv olmağa çağırırlar. Məhz Ukrayna ssenarisi Ermənistanı da gözləyir. Anna Akopyan da elə buna görə Kiyevə gedib. NATO Ukraynanı darmadağın etdirdi, ölkə acınacaqlı vəziyyətə düşdü. Bu ssenarini Ermənistana da daşıyacaqlar. Anna Akopyan da yəqin ki, Ukraynaya məsləhət almağa gedib. Zelenski də başa salacaq ki, sizi də bizim günümüzə salacaqlar”, - A. Abbas qeyd edib. 

Akqabay