Zaxarovanın Ermənistanda jurnalist və blogerin saxlanılmasına MÜNASİBƏTİ
    • 7-09-2023, 22:23
    • 223

Zaxarovanın Ermənistanda jurnalist və blogerin saxlanılmasına MÜNASİBƏTİ

Xəbər verdiyimiz kimi, Ermənistanın Goris şəhərində “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyan saxlanılıblar.

News24.az  xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisəyə münasibət bildirib. 

M.Zaxarova bu barədə teleqramda qeyd edib: “Mən bunun İrəvanda keçirilən Rusiya-Ermənistan mediaforumu ilə bağlı növbəti təxribat olduğunu istisna etmirəm. Bu, iki ölkə arasında münasibətləri pozmaq istəyənlərin təxribatıdır. Qərb isə buna külli miqdarda pul yatırıb".

Günəş Mərd