Biləsuvarda atasını öldürən məktəbli SAXLANILDI
    • 8-09-2023, 09:24
    • 128

Biləsuvarda atasını öldürən məktəbli SAXLANILDI

Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan News24.az-a verilən 
məlumata görə, ilkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.