“Qarabağ” Şahruddin Məhəmmədəliyevlə VİDALAŞDI
    • 8-09-2023, 16:34
    • 334

“Qarabağ” Şahruddin Məhəmmədəliyevlə VİDALAŞDI

“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə vidalaşıb.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi səhifəsi vasitəsilə məlumat yayıb.

Qolkiperə xidmətlərinə görə təşəkkür edilib.

Bildirilib ki, Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubuna transfer olunub.

Qeyd edək ki, qapıçı 2016-cı ildən "Qarabağ"da oynayırdı.