Sloveniya bu ölkələri Aİ-yə üzv olmağa çağırdı
    • 9-09-2023, 13:25
    • 95

Sloveniya bu ölkələri Aİ-yə üzv olmağa çağırdı

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Avropa İttifaqının (Aİ) Qərbi Balkanlara doğru genişlənməsinə alternativ olmadığını hesab etdiyini, belə bir inkişafın tez bir zamanda həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib. 

News24.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb.

“Geosiyasi mənzərə açıq şəkildə göstərir ki, Aİ-nin genişlənməsinə (Qərbi Balkanlara doğru) alternativ yoxdur”, - Fayon yazıb.

O qeyd edib ki, Ukraynadakı vəziyyət genişlənmə prosesinin Avropa İttifaqı üçün “strateji zərurət” kimi göründüyü fikrini təsdiqləyib.

Akqabay