-
- 10-09-2023, 01:25
- 251
11 sentyabr terrorunda ölən daha iki nəfərin ŞƏXSİYYƏTİ BİLİNDİ
2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror aktlarında həlak olan daha iki nəfərin şəxsiyyəti müəyyənləşib.
News24.az xəbər verir ki, SKY News-un məlumatına görə, ölkə tarixində 3 minə yaxın insanın ölümünə səbəb olan ən böyük terror aktının 22-ci ildönümünə iki gün qalmış şəxsiyyəti müəyyən edilən iki nəfərin cənazəsi ailələrinə təhvil verilib.
Hücumda indiyədək həyatını itirən 1649 nəfərin şəxsiyyəti DNT testləri ilə həyata keçirilib.
2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarının qurbanlarının və yaxınlarının açdığı məhkəmə iddialarının əksəriyyəti hələ yekunlaşmasa da, hücumlarla bağlı bir çox suallar hələ də cavab gözləyir.
Günəş Mərd