"Ermənilərin hərəkətləri "humanitar fəlakət" iddiasını yalanlayır" - DEPUTAT
    • 11-09-2023, 20:11
    • 293

"Ermənilərin hərəkətləri "humanitar fəlakət" iddiasını yalanlayır" - DEPUTAT

“Hazırkı mərhələdə Azərbaycan atdığı addımların ermənilərə qarşı olduğunu iddia edənlərə özünüifşa imkanı yaradır”. 

News24.az xəbər verir ki, bunu RTV-yə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. 

O deyib ki, qarşı tərəfin addımları Qarabağın ermənilər yaşayan hissəsində hər hansı humanitar fəlakətin olduğu iddialarını şübhə altına alır. 

H. Babaoğlu Qarabağ ermənilərinin Rusiyanın humanitar yardımından imtinası səbəblərinə toxunub. 

Onun sözlərinə görə, burda əsas məqsəd yardımların Azərbaycan ərazisindən keçidinə mane olmaqdır: 

“Bu günə qədər Rusiyanın göndərdiyi yardım Ağdam-Xankəndi yolu ilə sülhməramlıların nəzarətindəki əraziyə çatmayıb, əslində elə rus sülhməramlılar buraxmayıb. Həmin yardım hazırda Bərdədədir. Rusiyanın Qızıl Xaç Komitəsi Beynəlxalq Qızıl Xaç Komitəsinon təzyiqi ilə bu yardımı göndərməkdə çətinlik çəkir. İstər humanitar təşkilatlar, istər vaxtilə BMT-nin struktur vahidlərindən biri olan UNESCO-nu dəvət elədik ki, gəlib Azərbaycan mədəni irsinə qarşı törədilən vəhşilikləri görsünlər, amma gəlmədilər. Onların hamısı vahid mərkəzdən idarə olunan siyasi təşkilatlardır. Beynəlxalq Qızıl Xaç Komitəsi bunu sübut etdi. Demək ki, müxtəlif beynəlxalq mərkəzlər bu hadisədən yenidən beynəlxalq problem düzəltməyə çalışırlar. Azərbaycan buna imkan verməyəcək və hər qarış ərazisində öz suveren hüquqlarını bərpa edəcək. Hazırda Azərbaycan imkan verir ki,  atdığımız addımların ermənilərə qarşı olduğu ilə bağlı səs-küy salacaq, manipulyasiya yaradacaq institutlar özlərini ifşa etsinlər”. 

Fərid Azəri