ABŞ-dan Xankəndidəki separatçılarla bağlı mühüm BƏYANAT
    • 11-09-2023, 22:09
    • 307

ABŞ-dan Xankəndidəki separatçılarla bağlı mühüm BƏYANAT

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.