BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" AÇILDI
    • 12-09-2023, 15:33
    • 132

BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı" AÇILDI

BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı"nın açılışı olub.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Xarici işlər naziri Ceyhun Bayramov İsveçrəyə işgüzar səfəri çərçivəsində BMT-nin Cenevrə Baş direktoru Tatyana Valovaya ilə birlikdə BMT-nin Cenevrədəki tarixi binasında "Azərbaycan otağı"nın açılış mərasimində iştirak edib", - deyə qeyd edilib.

Qeyd edək ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.