İranın altı şəhərində təqaüdçülər etiraz aksiyası KEÇİRDİ
    • 12-09-2023, 18:04
    • 138

İranın altı şəhərində təqaüdçülər etiraz aksiyası KEÇİRDİ

İranın azı altı şəhərində təqaüdçülər etiraz aksiyası keçiriblər.

News24.az  xəbər verir ki, bu barədə “Voanews.com” yayıb.

Bildirilib ki, ölkənin Rəşt, İlam, Sənəndəc, Xürrəmabad, Həmədan və Kermanşah şəhərlərində təqaüdçülər yaşayış vəziyyətlərindən narazılıq edərək tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Məlumata görə, onlar “İnflyasiya, inflyasiya, insanların qatili!”, “Prezident, vədlərinizin nəticəsi yalan!”, “Haqqımızı almayanadək sakit oturmayacağıq!” şüarlarını irəli sürüblər.