Fransa Liviyaya səhra xəstəxanası GÖNDƏRƏCƏK
    • 13-09-2023, 00:11
    • 120

Fransa Liviyaya səhra xəstəxanası GÖNDƏRƏCƏK

Fransa daşqınlardan zərər çəkən Liviyaya səhra xəstəxanası göndərəcək.

News24.az xəbər verir ki, bunu Fransa Daxili İşlər Naziri Jerald Darmanen "X"da bildirib. 

Onun sözlərinə görə, Fransa Liviyada baş verən daşqından sonra prezident Emmanuel Makronun göstərişi ilə bu ölkəyə səhra xəstəxanası göndərəcək. 

Xəstəxananın 48 saat ərzində fəaliyyətə başlaması üçün bu axşam lazımi personal Liviyaya yola düşəcək.

Günəş Mərd