ABŞ Gürcüstanda hərbçilər YERLƏŞDİRİR?
    • 13-09-2023, 16:42
    • 187

ABŞ Gürcüstanda hərbçilər YERLƏŞDİRİR?

Gürcüstanın Müdafiə Nazirliyi müxalif televiziya kanalının ABŞ-ın Tbilisiyə ölkədə Amerika hərbi bazasının yerləşdirilməsi ilə bağlı danışıqlara başlamağı təklif etməsi ilə bağlı yaydığı məlumatı təkzib edib.

News24.az xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir: 

“Bu məlumat siyasi qərəzli şəxs tərəfindən yayılır, daha sonra müəyyən media orqanları və siyasi fəaliyyətlə məşğul olan şəxslər tərəfindən dezinformasiya kampaniyası aparmaq üçün istifadə olunur”.

Bir gün əvvəl müxalif “Mtavari Arkhi” telekanalı xəbər vermişdi ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamazdan bir neçə ay əvvəl Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin hakim “Gürcü arzusu” partiyasına hərbçilərin yerləşdirilməsi ilə bağlı danışıqlar aparmağı təklif edib. Telekanalın məlumatına görə, Ostin Gürcüstan hakimiyyəti tərəfindən rədd cavabı alıb, lakin bu fakt hakimiyyət tərəfindən gizlədilib.

Akqabay