Paşinyan rəsmən elan etdi: Moskvaya arxalana bilmərik!
    • 13-09-2023, 17:22
    • 239

Paşinyan rəsmən elan etdi: Moskvaya arxalana bilmərik!

“Rusiyanın Ukraynaya fəlakətli işğalı o deməkdir ki, Ermənistan öz təhlükəsizliyinin təminatçısı kimi artıq Moskvaya arxalana bilməz”.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Politico” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, Ukraynada baş verən hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib: “Rusiya Ukraynada müharibə aparır. İrəvanda prezident Vladimir Putinin əsgərlərinin Qafqazda sülhü qorumağa hazır olub-olmaması ilə bağlı qorxular artır. Bu, aktual narahatlıq doğurur. Moskva onun üçün strateji əhəmiyyət daşıyan Azərbaycan və müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmamağa çalışır”.

Paşinyan bildirib ki, İrəvanın strategiyası bu vəziyyətdə başqalarından asılılığı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır: “Biz müstəqil, suveren ölkəyə malik olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində qalmamaq üçün yollarımız olmalıdır. Qonşularımızla problemlərimiz olan və başqalarını bizi qorumağa dəvət etməli olduğumuz model - digərlərinin kim olmasının fərqi yoxdur - çox həssas bir modeldir”.

Akqabay