Əl-Qaidə bu ölkələri terrorla HƏDƏLƏDİ
    • 15-09-2023, 18:15
    • 155

Əl-Qaidə bu ölkələri terrorla HƏDƏLƏDİ

Əl-Qaidə Fransa və İsveç agentliklərini hücumla hədələyib. 

News24.az xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” nəşri məlumat yayıb.

“Ərəbistan yarımadasında fəaliyyət göstərən “Əl-Qaidə” Parisdəki nazirliklərdən birinə hücum edərək, İsveç səfirliyini dağıtmaqla hədələyib”, - nəşr yazır.

Qəzet qeyd edir ki, iki ölkəyə qarşı təhdidlər İsveçdə Quran yandırma kampaniyaları ilə bağlıdır. 

Təşkilat Fransanın məktəblərdə müsəlman paltarı geyinməyi qadağan etməsi qərarına da qəzəblənib.

Ayşən