15 terrorçu zərərsizləşdirildi
    • Dünən, 23:20
    • 40

15 terrorçu zərərsizləşdirildi

İraq və Suriyanın şimal bölgələrində terror əməliyyatları davam edir.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalındakı Qara və Pəncəli bölgələrində müəyyən edilən 5 PKK terrorçusu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində müəyyən edilən 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Nazirlikdən verilən açıqlamada, "Harada olurlarsa olsunlar, türk əsgərləri nəfəslərini terrorçuların boynunda qoymağa davam edəcək" deyildi.

Günel Məlikzadə