Türkiyə-Amerika münasibətlərini “zəhərləmək” istəyən qruplar var - Ərdoğan
    • 18-09-2023, 10:36
    • 109

Türkiyə-Amerika münasibətlərini “zəhərləmək” istəyən qruplar var - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Amerika münasibətlərini “zəhərləmək” istəyən qruplar var, Ankara onlara mane olacaq.

News24.az xəbər verir ki, bu barədə Ərdoğan BMT Baş Assambleyasında iştirakı çərçivəsində Nyu-Yorkda Türk Amerika Milli Rəhbər Komitəsinin təşkil etdiyi şam yeməyində danışıb.

“Siz (ABŞ-da yaşayan türklər) burada kimliyinizi qorumaqla amerikalıları mədəniyyətimizlə tanış etməklə insanlar arasında körpülər qurursunuz. Qələbəyə gedən yol birlik və həmrəylikdən keçir. Türkiyə-Amerika münasibətlərini zəhərləmək istəyən maraq qrupları var. Biz onların qarşısını alacağıq”, – Ərdoğan bildirib.

Akqabay