İran və ABŞ əsirləri dəyişdirəcək
    • 18-09-2023, 11:58
    • 117

İran və ABŞ əsirləri dəyişdirəcək

İran və ABŞ sentyabrın 18-də əsir mübadiləsi aparacaq. 

News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.

Departament nümayəndəsinin sözlərinə görə, tərəflər beş məhbusu dəyişdirəcəklər.

ABŞ prezidenti Co Bayden administrasiyası ilə İran arasında 5 amerikalı məhbusun azadlığa buraxılması müqabilində Tehranın 6 milyard dollar məbləğində vəsaitinin dondurulmasına dair razılaşma həm Demokratlar, həm də Respublikaçılar tərəfindən tənqidlərə səbəb olub.

Avqustun 10-da məlum olub ki,  ABŞ  və İran əsirlərin mübadiləsinə dair razılığa gəliblər.

Ayşən