Rusiya Ukraynanın “sülh formulu”nu perspektivsiz adlandırdı
    • 18-09-2023, 14:19
    • 180

Rusiya Ukraynanın “sülh formulu”nu perspektivsiz adlandırdı

“Onların Ukraynada təbliğ etməyə çalışdıqları sülh formulası nəticə verməyəcək”.

News24.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa RT ilə söhbətində deyib.

Onun fikrincə, bu, “perspektivsizdir” və ona görə də müzakirəyə ehtiyac yoxdur.

“Kiyevin rəsmi olaraq təklif etdiyi danışıqları gecikdirmək məqsədi daşıyır. Rəsmi Kiyev sülh danışıqlarını torpeda etmək üçün əlindən gələni edir və qəbuledilməz şərtlər irəli sürür”, - Çepa bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci ilin noyabrında “sülh formulu”nu təqdim edib. Tələblər arasında Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması, hərbi əsirlərin və deportasiya edilmiş vətəndaşların azad edilməsi, ekosidlərə qarşı mübarizə və s. yer alıb.

Avqust ayında Ukrayna Prezidentinin ofisinin rəhbəri Andriy Ermak bildirib ki, “sülh formulu” 63 ölkə tərəfindən dəstəklənir.

Akqabay