Moskva meri hökuməti istefaya göndərdi
    • 18-09-2023, 18:01
    • 129

Moskva meri hökuməti istefaya göndərdi

Üçüncü müddətə seçilən Moskva meri Sergey Sobyanin vəzifəyə rəsmi başladığı gün paytaxt hökumətini istefaya göndərib. 

News24.az xəbər verir ki, bu barədə sərəncam mer və şəhər hökumətinin rəsmi saytında dərc olunub.

Sobyaninin imzaladığı fərmanda deyilir: “Moskva hökumətinə yeni hökumət qurulana qədər öz səlahiyyətlərini həyata keçirməyi tapşırıram”.

Həmçinin, icra hakimiyyəti başçıları, onların birinci müavinləri, inzibati ərazi dairələrinin prefektləri və digər vəzifəli şəxslər vəzifələrindən azad ediliblər.

Sobyanin rəsmi olaraq sentyabrın 18-də vəzifəsinin icrasına başlayıb, andiçmə mərasimi Moskva Zaryadye konsert zalında baş tutub.

Sentyabrın 12-də Moskvada mer seçkilərinin nəticələri təsdiqlənib. Səsvermədə ümumilikdə 3 milyon 325 min 120 seçici iştirak edib.

Akqabay