Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir - XİN
    • 18-09-2023, 18:14
    • 179

Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir - XİN

Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyilib.

"Qeyd etmək lazımdır ki, ötən ilin avqustundan etibarən 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ İqtisadi Rayonunun ərazisində aşkarlanıb. Rusiya sülhməramlı kontingenti, habelə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərləri, o cümlədən xarici ölkələrin hərbi nümayəndələri bu minaların nümayiş olunduğu əraziyə səfər ediblər", - deyə bildirilib.