Köçəryanla Putinin şok səs yazısı YAYILDI
    • 20-09-2023, 13:34
    • 357

Köçəryanla Putinin şok səs yazısı YAYILDI

Sosial şəbəkələrdə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında gizli telefon danışığının səs yazısı yayılıb. 

News24.az xəbər verir ki, iddialara görə, danışıq zamanı Köçəryan özünü girov hesab etdiyini söyləyib və Putindən Ermənistanda baş verən siyasi proseslərdən çıxmasını təmin etməyi xahiş edib. Köçəryan artıq davamlı basqı altında yaşaya və işləyə bilməyəcəyini bildirib.

R. Köçəryan yayılan səs yazısına aydınlıq gətirib və onun saxta olduğunu söyləyib. 

O, Putinlə sonuncu dəfə 2021-ci ilin aprel ayında danışdığını bildirib: “Mənim (Rusiya Prezidenti) Putinlə sonuncu telefon danışığım 2021-ci ilin aprelində, Moskvaya səfərim zamanı olub və söhbətin mövzusu Qarabağdakı vəziyyət olub. Aydındır ki, bu saxta səsyazısının hazırda peyda olması Qarabağda baş verən hadisələr və məni qarşıdakı siyasi proseslərdə neytrallaşdırmaq cəhdi ilə bağlıdır”.

Akqabay