İki gün sonra nişanı olacaq polis Şamaxıda dəfn olundu
    • 20-09-2023, 14:01
    • 228

İki gün sonra nişanı olacaq polis Şamaxıda dəfn olundu

Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşının nəşi Şamaxı rayonuna gətirilib.

News24.az apa-ya istinadən xəbər verir ki, Şamaxı şəhərindəki Cümə məscidində cənazə namazı qılınıb.

Daha sonra şəhid polis Şamaxının Qəleybuğurd kəndinin qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Qeyd edək ki, əslən Şamaxının Qəleybuğurd kəndindən olan Abdullayev Seyfi Fəqan oğlu 1994-cü il sentyabrın 22-də anadan olub.

Sentyabrın 22-də doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.

O, ötən gün Füzuli rayon ərazisində baş verən ağır yol qəzasında həlak olub. Onunla yanaşı qəzada daha iki polis həlak olub, 6 nəfər xəsarət alıb.