Sançodan növbəti MƏSULİYYƏTSİZLİK
    • 21-09-2023, 18:53
    • 183

Sançodan növbəti MƏSULİYYƏTSİZLİK

“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço qeyri-adi hərəkətlərinə davam edir.

News24.az Apasport.az-a saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu komandasının Çempionlar Liqasında “Bavariya” (4:3) ilə oyunundan 2 saat öncə video oyunlar oynayıb. 

İngiltərə millisinin də şərəfini qoruyan oyunçunun 

vaxtını FIFA 23 futbol simulyatoru oynayaraq keçirdiyi bəlli olub. O, 230 min abunəçisi olan youtuber JCC-nin canlı yayımında görünüb. 

Qeyd edək ki, komandanın baş məşqçisi ilə yola getmədiyi üçün heyətdən kənarda qalan Ceydonun bu hərəkəti “qırmızı şeytanlar”ın azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.