Üç güləşçimiz dünya çempionatının FİNALINA YÜKSƏLDİ
    • 21-09-2023, 21:15
    • 253

Üç güləşçimiz dünya çempionatının FİNALINA YÜKSƏLDİ

Yunan-Roma güləş üzrə yığmamızın 3 üzvü dünya çempionatının finalına yüksəlib.

News24.az xəbər verir ki, Apasport.az-ın məlumatına görə, Sənan Süleymanov (77 kq) erməni rəqibi Malxaz Amoyeanı məğlub edərək bu hüququ əldə edib.

Süleymanov görüşü 5:0 hesablı üstünlüklə bitirib. Bu qələbə həm də idmançımıza Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.

Qeyri-Olimpiya kateqoriyalarında Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) yarımfinal görüşlərini uğurla başa vurublar. Eldəniz iranlı Pouya Marzdandan, Rafiq isə türkiyəli Burhan Akbudakdan güclü olub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.