Pekin Dəməşqi “strateji tərəfdaş” elan etdi
    • 23-09-2023, 09:35
    • 105

Pekin Dəməşqi “strateji tərəfdaş” elan etdi

Çin prezidenti Si Cinpin 19-cu Asiya Oyunlarının açılışından əvvəl Zhejiang əyalətinin mərkəzi Xançjouda Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

News24.az xəbər verir ki, görüşdən sonra Çin və Suriya arasında strateji tərəfdaşlıq qurulduğunu açıqlayan Çin lideri yeni vəziyyətin bir mərhələ olacağını vurğulayıb.

Suriyanın Çin Xalq Respublikası ilə diplomatik əlaqələr quran ilk ərəb ölkələrindən biri olduğunu xatırladan Jinping, Pekin administrasiyasının BMT-dəki yerini təyin etmək üçün Dəməşqin dəstəyini unutmadıqlarını bildirib. 

 Si Cinpin Dəməşqin terrorla mübarizə imkanlarını artırmaq və Suriyalılar tərəfindən qərar veriləcək siyasi həlli təşviq etmək üçün verdikləri dəstəyin davam edəcəyini ifadə edib.

Aydan