Azərbaycan atıcıları dünya çempionatında MEDAL QAZANDILAR
    • 23-09-2023, 22:36
    • 227

Azərbaycan atıcıları dünya çempionatında MEDAL QAZANDILAR

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Perunun paytaxtı Limada keçirilən dünya çempionatında 2 medal qazanıblar.

News24.az Report-a istinadən xəbər verir ki, Kamran Zeynalov və Aybəniz Babayeva gümüş mükafata yiyələniblər.

Onlar 10 metr məsafəyə atəşdə bu uğura nail olublar.