Şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO
    • 27-09-2023, 11:58
    • 351

Şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var. 

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.

Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.

Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn olunub.