-
- 29-09-2023, 18:10
- 349
Erməni generallar CƏZALANDIRILACAQ! - Yücel KARAUZ
“Azərbaycan xüsusi xidmət orqanları vaxtilə azərbaycanlılara divan tutan, Xocalı soyqırımında iştirak edən erməni generalları sərhəddə saxlayıb. Həmin şəxslər törətdikləri müharibə cinayətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsi qarşısında hesab verəcəklər. Onların etdikləri cəzasız qalmayacaq”.
Bunu News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
“Bu gün dünyada hər şey açıq və şəffaf qeyd edilir, hər şey görülür, dinlənilir və nəzarətdə saxlanılır. 1988-ci ildən bəri 35 ilə yaxındır Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçirən, soyqırımı törədən, 30 ilə yaxın müddət ərzində Qarabağı işğal altında saxlayan və terror fəaliyyətləri törədən ermənilərin hesab vermək zamanıdır. Ermənilər İkinci Qarabağ müharibəsində mülki obyektləri hədəf alıb, yüzdən çox mülki şəxi öldürüb, üçtərəfli sazişi imzalanmalarına baxmayaraq, yenə də terror fəaliyyəti ilə məşğul olub, mina xəritələrini verməyib, 2020-2021-ci illərdə yenidən ərazilərə mina basdırıblar. Təbii ki, onlar həm Azərbaycan dövləti, həm də beynəlxalq hüquq qarşısında törətdikləri cinayətlərə görə cavab verəcəklər.
Azərbaycan Ordusu həm İkinci Qarabağ müharibəsində, həm də 24 saatlıq lokal xarakterli antiterror tədbirləri zamanı heç bir mülki obyekti hədəf almayıb və yalnız hərbi obyüktlərə yönəlik əməliyyat icra edib. 27 sentyabr 2020-ci ildən bu günə qədər Azərbaycan Silahlı Qüvvələri tək bir mülki şəxsə, sivil nöqtələrə zərər verməyib. Prezident İlham Əliyev bildirdi ki, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bu gün məhz lazım olan hər şey edilir. Separatçılar, əli azərbaycanlıların qanına bulaşmış cinayətkarlar bir-bir yaxalanırlar. Onlar beynəlxalq məhkəmədə cavab verəcək və etdikləri cinayətlər cəzasız qalmayacaq. Bu istiqamətdə son fəaliyyətlər Azərbaycan dövlətinin hər bir şeyi planladığını və addım-addım bunu uğurla icra etdiyini göstərir. Bu çərçivədə Azərbaycan dövlətinə yumşaq güc diplomatiyası ilə bərabər, həm də müasir müharibə qaydalarına uyğun olaraq apardığı mücadiləyə görə minnətdarlığımızı bildiririk”.
Akqabay Mıradov