İsveçdə “Quran” yenidən yandırıldı
    • 30-09-2023, 20:08
    • 171

İsveçdə “Quran” yenidən yandırıldı

İraqəsilli Salvan Momika İsveçdə yenidən “Qurani-Kərim”i yandırıb.

New24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Malmö şəhərində ictimaiyyətin gözü qarşısında baş verib.

Naməlum şəxs aksiyanın qarşısını almağa çalışıb və polis tərəfindən saxlanılıb. Aksiyada 200-ə yaxın insan iştirak edib.

Qeyd edək ki, iraqlı miqrant olan Momika yaxın üç həftə ərzində Stokholm, Malmö və digər yerlərdə oxşar tədbirlərin keçirilməsi üçün ölkə hakimiyyətinə 12 yeni ərizə göndərib.