"TikTok"-dan İslam dünyasını sevindirən qərar
    • 30-08-2023, 15:01
    • 125

"TikTok"-dan İslam dünyasını sevindirən qərar

İsveçdə Quranı tez-tez yandıran İraq əsilli Salvan Momikaya Tiktokdan zərbə gəlib. Sosial media platforması Momikanın hesabında pul qazanma funksiyasını dayandırıb. 

News24.az "haberler.com"-a istinadla xəbər verir ki,Momika Tiktokda canlı yayımladığı Qurana hücum videolarının milyonlarla insan tərəfindən izləndiyini və bu funksiyanın söndürülməsi ilə gəlirlərini itirdiyini bildirib.

Momika canlı yayımda saatda 300 dollar qazanırdı.

Qeyd edək ki, İraq əsilli Salvan Momika da Qurban bayramının ilk gününə təsadüf edən 28 iyunda Stokholm məscidinin qarşısında polisin himayəsi altında Quranı yandırıb. Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də isə İsveç parlamentinin qarşısında polisin himayəsi altında Quran və İraq bayrağını tapdalayıb.

Aydan