Qaz kəskin ucuzlaşdı - SON DƏQİQƏ
    • 3-10-2023, 13:08
    • 1 493

Qaz kəskin ucuzlaşdı - SON DƏQİQƏ

Avropada qaz qiyməti dünən 14 faiz, həftə ərzində isə 28 faiz ucuzlaşıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, dünən Hollandiyadakı TTF qovşağında 1 gün əvvəl çatdırılma müqaviləsi üzrə min kubmetr üçün qiymət 351 dollar səviyyəsində bağlanıb.

Analitiklər bu ucuzlaşmanı mülayim hava, dolu anbarlarla əsaslandırırlar. Gas Infrastructure Europe-nın məlumatına əsasən hazırda Avropanın anbarları 96,99 faiz qazla doludur. Bu, son beş il ərzində eyni tarixlər üzrə orta göstəricidən 8 faiz bəndi yuxarıdır.

Oktyabrın 1-də - bazar günü ərzində anbarlarda ehtiyatlar 0,21 faiz bəndi artırılıb. Avropa LNG terminalları sentyabr ayında orta hesabla 48 faiz, oktyabrın ilk günündə isə 46 faiz potensialla işləyib.

WindEurope assosiasiyasının məlumatına görə, külək turbinləri oktyabrın 2-də regionun elektrik enerjisinə olan tələbatının 11 faizini təmin edib. 2022-ci ilin oktyabrında bu rəqəm 18 faiz, 2023-cü ilin sentyabrında 14 faiz olub.

ABŞ-da anbarlara qaz vurulması mövsümü davam edir. Ötən həftə qaz ehtiyatları 2,5 milyard kubmetr artıb. ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) xəbər verir ki, ölkənin anbarları hazırda 70 faiz doldurulub ki, bu da son beş ildəki orta göstəricidən 6 faiz bəndi çoxdur.