Xəstəxanada bir gündə 12 uşaq öldü - ŞOK DETALLAR
    • 4-10-2023, 15:04
    • 647

Xəstəxanada bir gündə 12 uşaq öldü - ŞOK DETALLAR

Hindistanın Maharaştra ştatında yerləşən xəstəxanada bir gündə 12 körpə ölüb.

News24.az CNN -Türkə istinadən xəbər verir ki, xəstəxana rəsmiləri və yerli media körpələrin bazar günü öldüyünü bildirib. 

Verilən məlumata əsasən, Nanded bölgəsindəki Şankarrao Çavan Dövlət Xəstəxanasında eyni gündə dünyasını dəyişən 24 nəfərdən 12-nin körpə olduğu bildirilib.

Vətəndaş Yogesh Solanki bildirib ki, qardaşının bir günlük körpəsi bazar günü xəstəxanada öldü və o, ölən beşinci körpə olub. 

O, "gözümüzlə daha dörd körpənin öldüyünü gördük",- deyə qeyd edib.

Solanki, körpələrin müalicə olunduğu xəstəxananın neonatal bölməsinin bazar günü çox qarışıq olduğunu diqqətə çatdırıb.

Xəstəxana direktoru Şyamrao Vakodenin körpə ölümləri ilə bağlı ittihamlara hələ əsaslı cavab vermədiyi vurğulanıb.

Vakode dünən ENA xəbər agentliyinə bildirib ki, 12 yaşlı xəstə uşaq diabet, qaraciyər çatışmazlığı və böyrək çatışmazlığı kimi xroniki xəstəliklərdən dünyasını dəyişib.

Dünən Maharaştra əyalət hökuməti körpələrin və digər xəstələrin ölümləri ilə bağlı araşdırma başlandığını diqqətə çatdırıb.

Ülkər ABDURAHMANLI