“Qara Qutular” və “Qara adamlar” - BAKI SƏNƏDLƏRİ DÜNYANI SİLKƏLƏYƏCƏK
    • 5-10-2023, 21:24
    • 222

“Qara Qutular” və “Qara adamlar” - BAKI SƏNƏDLƏRİ DÜNYANI SİLKƏLƏYƏCƏK

“Mən məhkəmə binalarında çox olmuşam – gah siyasi proseslərdəki iştirakçı kimi, gah da media mənsubu olaraq. İçərinin abu-havasını, spesifik dünyasını hardasa anlayıram. Hələ “Qalxın hakim gəlir” əmrinin altında dayanan hüququn, qanunun və dövlətin gücü assosasiyası bütün dövrlərdə mühüm kateqoriyadır. Bu gün Bakı Nürnberqə bənzəyir. Küçələri, insanları, quruluşu ilə deyil”.

News24.az xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli özünün "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, separatçıların mühakimə prosesi Nürnberqdən daha irimiqyaslı nəticələr doğuracaq:

“Gəlin bir neçə mühüm qənaətə baxaq:

Azərbaycan tarixində sirli qalan çoxlu sayda cinayət hadisələri və terror olayları mövcuddur.

Qarakənd faciəsi – vertolyotun vurulması ilə öldürülən dövlət xadimlərimiz prosesin ilk mərhələsi idi.

Bakıda müttəhim kimi əyləşən şəxslər bu sirri açacaq qəbildəndir.

Birinci müharibə dövründə Xocalıda, Qaradağlıda, Başlıbeldə konkret olaraq kimlər terror törədib, mülki xalqı soyqırımına uğradıb, kim kimdən bu haqda göstəriş alıb, silahlarını kimlər verib, hamısı ortaya çıxacaq.

Digər tərəfdən terror fəaliyyətlərində kimlərdən, hansı ölkələrdən maliyyə, silah, texniki və digər dəstək alıblar, hansı yolla əraziyə, hansı ölkədə kimin vasitəsilə keçiriblər.

Lobbi və diaspor da Azərbaycana qarşı müharibədə hansı ölkənin məmurları, diplomatları, deputatları, məşhur şəxsləri nə qədər korrupsiya ilə ələ alınıb, hansı vasitələrlə cinayətkar əlaqələrə girilib, hansı metodla şifrələşilib, hamısına daxil olunacaq.

Məşhur erməni diasporunun cinayətlərlə zəngin minlərlə səhifəlik fəaliyyətlərinə aid dosyelər endiriləcək.

Çünki artıq “Qara Qutular” və eləcə də “Qara adamlar” Bakı istintaqında ifşa prosesinə qədəm qoymaqdadırlar”.

Ekspert deyib ki, bu prosesin dövriyyəsi o qədər böyükdür ki, zərbəsindən ABŞ, Avropa, Hindistanda hakimiyyətlərin cinayət əlaqəsində olduğu yüksək eşalonlar da silkələnəcək:

“Samanta Pauerin apar-topar gəlişinin şifrələri başqa bir dünyanı açacaq üzümüzə. Bu, ABŞ-ın hakimiyyətləri devirmək üçün hazırlatdığı “P-lar, “Paperlər” deyil, üzü daş kimi soyuq, sərt, buzlu Bakı sənədləridir.

Transcinayətkar şəbəkələrin ifşası və informativ – psixoloji məğlubiyyətidir.

Mövzudankənar: Görəsən, bizdə kimlər nə qədər “qulluq” edib məlum şəbəkəyə?!”