Bədbəxt işçilər iqtisadiyyata zərbə vuracaq - Rəhbərlərə kritik XƏBƏRDARLIQ
    • 6-10-2023, 11:34
    • 120

Bədbəxt işçilər iqtisadiyyata zərbə vuracaq - Rəhbərlərə kritik XƏBƏRDARLIQ

ABŞ-ın Yuta ştatında yerləşən BambooHR texnologiya şirkəti tərəfindən aparılan hərtərəfli sorğu göstərir ki, bütün dünyada işçilər çox bədbəxtdirlər. 

News24.az "Haberglobal"-a istinadən xəbər verir ki, 2020-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər dünyanın 1600 aparıcı şirkətində 60 min işçi ilə aparılan sorğuya əsasən, işçilər pandemiyanın pik dövrü ilə müqayisədə daha bədbəxtdir.

Sorğuda göstərilib ki, işçilərdə istefa  və laqeydlik hissi güclüdür. 

Araşdırmaya görə, işdən narazılığın üç əsas ara səbəbi var: Maaş balansının pozulması, həmkarlar və ya müdirin dəstəyinin olmaması və iş yükü.

Araşdırmaları dəyərləndirən “İşdə xoşbəxtlik” kitabının müəllifi Srikumar Rao deyib ki, ən çox görülən şikayət nəzarətin itirilməsidir.

 "Pandemiya həyatımıza və karyeramıza nə qədər az nəzarət etdiyimizi göstərdi" deyə qeyd edib.

İş yerində xoşbəxtlik mövzusunda məsləhət xidmətləri göstərən DH şirkətinin baş direktoru Jenn Limin sözlərinə görə, üç iqtisadi məsələ iş yerində diskomfort yaradır.

İnflyasiya, işdən çıxarılmalar və evdən işləməyi dayandırmaq işçilərdə əsas narazılıq yaradan amillərdəndir.

Sorğu bədbəxt insanların dünyaya vuracağı zərərləri də açıqlayıb. Zəif performans, süründürməçilik və dövriyyə itkisi nəticəsində dünyaya 8,8 trilyon dollar ziyan dəyəcək. Bu, qlobal ÜDM-in 9 faizinə bərabərdir.

Vaşinqtonda yerləşən analitik və konsaltinq şirkəti Gallup – “Dünya İşçilərinin Səsi 2023” adlı hesabatını dərc edib. Hesabata görə, keçən il bütün dünyada iş və iş yeri sədaqəti artıb. 2022-ci ildə qlobal işçilərin 23 faizi “İşimə sadiqəm” deyib ki, bu da rekord göstəricidir. Hesabatda işindən narazı olan işçilərin sayı Türkiyədə çoxluq təşkil edir.

Türkiyəli işçilərin yalnız 14 faizi öz işlərinə sadiq olduqlarını deyir.

Bu göstərici ilə Türkiyə region ölkələri arasında 9-cu yerdədir. Birinci yerdə 27 faizlə BƏƏ-dir. Sorğunun nəticələrinə görə, işçilərin 68 faizi iş yerində çox stress yaşayır. Türkiyəni 67 faizlə Liviya, 56 faizlə Tunis izləyir. 

Ülkər ABDURAHMANLI