Bakı Avropanı məyus etdi - Qarabağla bağlı məkrli plan iflasa uğradı
    • 6-10-2023, 11:13
    • 322

Bakı Avropanı məyus etdi - Qarabağla bağlı məkrli plan iflasa uğradı

Yüksək gözləntilərə baxmayaraq, Qranadada keçirilən Avropa İttifaqının sammiti heç bir gözlənilən nəticə olmadan keçdi. 

News24.az xəbər verir ki, bu barədə “Politico” nəşrinin analitik materialında deyilir.

“50-yə yaxın Avropa liderinin iştirak etdiyi sammit Avropanın astanasında baş verən münaqişələrin və ya hər hansı digər regional problemlərin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilmədiyi üçün uğursuz başa çatdı”, - nəşr yazır.

“Politico” qeyd edir ki, təşkilatçılar görüşdən sonra planlaşdırılan mətbuat konfransını ləğv etməli olublar. Nəşrin yazdığına görə, 700-ə yaxın jurnalist əbəs yerə Qranadada toplaşaraq bəzi məsələlərin həlli üçün razılaşmalar gözləyirdilər. 

Qəzet qeyd edir ki, görüşdə “əsas oyunçular”, xüsusən də Azərbaycan və Ermənistan iştirak etməyib.

Tədbirin təşkilatçıları mətbuat konfransının niyə ləğv edildiyini dəqiq açıqlamayıblar. Adı açıqlanmayan bir avropalı diplomat nəşrə deyib ki, sammitdə “sıçrayışlı qərarlar” olmadığı üçün mətbuata açıqlama verməyə ehtiyac yoxdur. “Bu, mini BMT-dir, liderlərin sövdələşə biləcəyi bazardır”, - nəşrin həmsöhbəti qeyd edib.

Nəşr qeyd edir ki, hətta Avropa Qonşuluq Siyasətinin (AQS) yaradılması təşəbbüsü ilə çıxış edən ən böyük Qərb dövlətlərinin - Almaniya, İtaliya, Böyük Britaniya və Fransanın liderlərinin də jurnalistlərə deyəcəkləri heç nə yox idi. 

“Fransa prezidenti Emmanuel Makronun bildirdiyi bir neçə kibercinayətkarlıqla mübarizə üzrə razılaşmalar və Qarabağ məsələsi ilə bağlı danışıqlar olub, lakin bu, nəticə verməyib”, - “Politico” yazıb.

Akqabay