-
- 6-10-2023, 15:07
- 332
“Atalıq məzuniyyəti ödənişli olsun” - Deputat
Milli Məclisdə ödənişli ata məzuniyyətinin tətbiq edilməsi təklif edilib.
News24.az xəbər verir ki, bu təkliflə deputat Hicran Hüseynova Milli Məclisin iclasında bildirib.
“14 gün ödənişsiz ata məzuniyyəti verilir. Ödənişsiz olaraq məzuniyyətin verilməsi isə müsbət qarşılanmır. Çünki ödənişsiz məzuniyyət ailə üçün əlavə maliyyə yaradır. Amma araşdırmalar göstərir ki, atalıq məzuniyyətinin verilməsi ailəyə müsbət təsir edir. Ona görə də ödənişli atalıq məzuniyyətinin verilməsini təmin etmək lazımdır”.