-
- 9-10-2023, 18:16
- 446
Rəisinin "Zəngəzur dərdi"nin SƏBƏBİ BİLİNDİ
İran Prezidenti İbrahim Rəisi Araz keçidinin tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə,layihənin işə düşməsi iki ölkə, eləcə də region ölkələri arasında mübadilə, iqtisadi və ticarət əlaqələrinin səviyyəsini artıracaq.
Mövzu ilə bağlı siyasi şərhçi Sədrəddin Soltan News24.az-a danışıb.
O bildirib ki, Rəisinin açıqlamasını İranın Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdi kimi qiymətləndirmək olar.
“Bu açıqlama da məlum layihədə əməkdaşlığın genişlənməsinə dair atılan addımlardandır. İran tərəfi hesab edir ki, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə birləşdirilməsində iştirak edəcək. Eyni zamanda regionda Ermənistan ərazisindən keçməsi planlaşdırılan layihə reallaşmayacaq. Digər tərəfdən Ermənistandan Naxçıavana gedən yol qısalacaq. İran şərqi Zəngəzurda, Qarabağ iqtisadi rayonunda və s. işğaldan təmizlənmiş ərazilərdə iqtisadi ticarət əlaqələri saxlamağa nail olacaq”, - deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.
Ayşən