HƏMAS uşaqlara da ACIMADI - FOTO
    • 12-10-2023, 23:20
    • 314

HƏMAS uşaqlara da ACIMADI - FOTO

HƏMAS terrorçu qruplaşmasının yaraqlılarının İsraildəki Beeri və Kvar-Aza kibutslarında 40 uşağın başlarını kəsməsi barədə iddialar təsdiqlənir.

News24.az  BBC News-a istinadən xəbər ki, İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi Conatan Konrikusun sözlərinə görə, HƏMAS-ın Beeridə uşaqları qətlə yetirərək onların başlarını kəsməsi barədə indiyədək iddia, hətta feyk sayılan məlumat gerçəkdir.

"Uşaqların vəhşicəsinə qətlə yetirilməsi barədə məlumatı onlarla dinc israillinin vəhşicəsinə qətlə yetirildiyi Beeri kibutsunda olmuş koroner verib. Etiraf edirəm ki, bu məlumatı gerçəkdən də anlamaq və təhlil etmək üçün zamana ehtiyacımıh vardı. Hətta HƏMAS-ın belə vəhşilik törətdiyinə inanmaq, sözü açığı, çətin idi", - C.Konrikus söyləyib.

Onun sözlərinə görə, HƏMAS-ın həmin cinayəti törətdiyini "indi nisbi əminliklə söyləmək olar": "Orada hər tərəfdə tanınmaz hala salınmış cəsədlər vardı".

Mediada bir qədər əvvəl yer almış xəbərlərə görə, HƏMAS-ın hücumuna məruz qalmış Beeri və Kvar-Aza kibutslarında çoxsaylı qadın, uşaq cəsədləri aşkarlanıb. Uşaq cəsədlərinin başlarının kəsildiyi iddia olunurdu.

"Zaka" axtarış-xilasetmə qrupunun volontyorlarının dediklərinə görə, Beeri kibutsunda ən azı 100 israillinin cəsədlərini aşkarlayıblar: "Özü də bu rəqəm son deyil".

Qəzza bölgəsinin yaxınlığındakı Kvar-Aza kibutsunda isə 200 dinc sakinin, habelə 40 uşağın cəsədlərinin aşkarlandığı vurğulanır.